EN

İsail və Livan hərbi rəsmiləri Pentaqonda GÖRÜŞDÜ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail və Livan hərbi rəsmiləri mayın 29-da Vaşinqtonda məhsuldar danışıqlar aparıblar və görüşün qarşıdan gələn diplomatik müzakirələri tamamlayacağını bəyan ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Pentaqonun ikinci rəhbəri Elbric Kolbi X-də bildirib

“Gələn həftə Dövlət Departamentinin rəhbərlik etdiyi siyasi müzakirələrə imkan verəcək məhsuldar hərbi müzakirələr apardıq”, - deyə o bildirib.

Qeyd edək ki, bu, İsrail və Livan hərbi rəsmiləri arasında onilliklər ərzində ilk görüş olub.

Kolbi bildirib ki, Amerika Birləşmiş Ştatları tərəflərlə tezliklə yenidən görüşməyi gözləyir.

Pentaqonda keçirilən görüş, ABŞ və İran arasında davam edən danışıqlar fonunda baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
redaktor.az

2Sources