EN

Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım

“Barselona”nın yeni transferi Entoni Qordon təqdimat mərasimində bəzi sualları ispan dilində cavablandırıb.

Publika.az xəbər verir ki, ingiltərəli vinger uşaqlıqdan Kataloniya klubunda oynayacağına inandığı üçün ispan dilini öyrəndiyini bildirib:

“İspan dilində danışmaq istəyirdim, çünki hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım, istəsəniz inanın, istəməsəniz yox.

“Nyukasl”da fizioterapevt var idi, hər gün onunla ünsiyyət qururdum. Ona demişdim ki, bir gün “Barselona”da oynayacağam, buna görə də ispan dilini öyrənmək istəyirəm”.

Chosen
31
publika.az

1Sources