EN

Trampın illik sağlamlıq hesabatı açıqlandı Arıqlamalıdır

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın illik tibbi müayinəsinin nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, hesabatda Trampın ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilsə də, ona çəki azaltmaq və fiziki aktivliyi artırmaq tövsiyə olunub.

Məlumata görə, 80 yaşlı Donald Trampın boyu 191 santimetr, çəkisi isə 108 kiloqramdır. Bu göstərici ötən illə müqayisədə təxminən 6 kiloqram artım deməkdir.

Trampın şəxsi həkimi, ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Şon Barbabella bildirib ki, prezident ürək, ağciyər, nevroloji və ümumi fiziki göstəricilər baxımından sağlam vəziyyətdədir və vəzifələrini yerinə yetirməyə tam hazırdır.

Hesabatda qeyd olunub ki, profilaktik tədbir kimi Trampa pəhrizə diqqət yetirmək, daha çox fiziki fəaliyyətlə məşğul olmaq və çəki azaltmaq məsləhət görülüb. Həmçinin onun ürək yaşının bioloji yaşından təxminən 14 il daha gənc olduğu vurğulanıb.

Sənədə əsasən, Donald Tramp koqnitiv qiymətləndirmə testində maksimum nəticə göstərərək, 30 mümkün balın hamısını toplayıb.

Hesabatda prezidentin sağ əlində müşahidə olunan göyərmələrə də aydınlıq gətirilib. Həkimlərin fikrincə, bu izlər tez-tez əl sıxması və ürək-damar sağlamlığının qorunması məqsədilə qəbul etdiyi aspirinlə əlaqədar yaranan yüngül toxuma qıcıqlanmasının nəticəsidir.

Qeyd edək ki, Donald Tramp bu yaxınlarda Vaşinqton yaxınlığındakı Uolter Rid Hərbi Tibb Mərkəzində geniş tibbi müayinədən keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
qafqazinfo.az

1Sources