ain.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Dünyaca məşhur müğənni Madonna etirafı ilə gündəmə gəlib. OLAY yazır ki, müğənni həyatındakı ən yaxşı partnyorun Con Kennedi (kiçik) olduğunu bildirib.
Müğənni ilə ABŞ-ın 35-ci prezidenti Con F. Kennedinin oğlu arasında qısa sürən münasibət 1980-ci illərin sonlarına təsadüf edib.
Məlumata görə, yaxınlaşma təşəbbüsü Madonnadan gəlib. Həmin vaxt onun populyarlığı zirvədə idi və bu, Kennedinin xoşuna gəlirdi. Onların münasibəti əsasən qarşılıqlı fiziki cazibə üzərində qurulmuşdu və uzunmüddətli planları nəzərdə tutmurdu.
Con Kennedi (kiçik) müğənninin xarici görünüşünə heyran olub və onun bədənini indiyədək gördüyü ən gözəl bədənlərdən biri adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.