ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin bir neçəsi məlum olub.
Futbolpress.az xəbər verir ki, “atlılar” I təsnifatı keçsə, növbəti raundda yenə səpələnmişlər səbətində yer alacaq.
“Qarabağ” II təsnifatda Türkiyənin “Beşiktaş”, Niderlandın “Tvente”, Norveçin “Tromso”, İsveçin “Hammarbü”, İsveçrənin “Sankt-Qallen” klublarından birinə rəqib ola bilər. Bu təsnifatda səpələnməmişlərdə olacaq 4 komanda isə hələ dəqiqləşməyib.
I təsnifatın püşkü iyunun 16-da atılacaq. “Qarabağ” turnirdə ilk oyununu 9 iyulda keçirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.