EN

İran şahının oğlu Odessada peyda oldu

İranın 1979-cu ildə devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu gözlənilmədən Odessaya səfər edib.

Publika.az xəbər verir ki, bu barədə "Telegram" kanallarında məlumat yayılıb.

Yayılan görüntülərlə bağlı qeyd edilib ki, Pəhləvini Ukrayna millət vəkili Oleksiy Qonçarenko qarşılayıb. Pəhləvinin Ukraynaya səfərinin məqsədi açıqlanmır.

Bəzi kanallar onun forumda iştirak üçün bölgəyə gəldiyini yazıblar.

Chosen
32
publika.az

1Sources