EN

Avstraliya yanacaq ehtiyatlarını rekord səviyyəyə çatdırdı

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avstraliya hökuməti ölkədaxili ehtiyatlardan benzin və dizel yanacağının bazara çıxarılmasını nəzərdə tutan tədbirin müddətini uzadıb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Kris Bouen “Reuters” agentliyinə bildirib.

Məlumata görə, İranda davam edən müharibənin enerji təchizatına təsiri fonunda tətbiq olunan və yanacaq şirkətləri üçün məcburi ehtiyat normalarının müvəqqəti olaraq 20% azaldılmasını nəzərdə tutan qərarın qüvvəsi sentyabr ayına qədər uzadılıb. Bu addım bazara əlavə olaraq 762 milyon litrədək benzin və dizel yanacağının çıxarılmasına imkan verir.

Nazir Bouenin sözlərinə görə, bu günə Avstraliyanın benzin üzrə 48 günlük, dizel üzrə 36 günlük, aviasiya kerosini üzrə isə 30 günlük yanacaq ehtiyatı mövcuddur.

Bouen qeyd edib ki, bu göstəricilər fevral ayında İranda münaqişənin başlanmasından bəri ən yüksək səviyyədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
avtosfer.az

2Sources