Ajans.az xəbər verir ki, bu barədə "Bild" nəşri Federal Polis nümayəndəsi Ştefan Bayer bildirib. "Səhər saat 9 radələrində pilotlar şübhəli obyekt müşahidə ediblər", - o qeyd edib. Hər iki uçuş-eniş zolağında hərəkət dayandırılıb, polis genişmiqyaslı əməliyyat keçirir. Polis əməkdaşları PUA ilə bağlı əlavə dəlillərin olub-olmadığını yoxlayırlar. Əməliyyata helikopter də cəlb edilib. Təhlükəsizlik məqsədilə uçuşlar müvəqqəti dayandırılıb və nə zaman bərpa olunacağı məlum deyil.