EN

KİV: İranın ABŞ-nin Küveytdəki aviabazasını vurması nəticəsində beş amerikalı yaralanıb

İranın ABŞ-nin Küveytdəki “Əli-əs-Salim” aviabazasına raket zərbəsi endirməsi nəticəsində təxminən beş amerikalı xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, zərbə son sutkalar ərzində “Fateh-110” ballistik raketi ilə endirilib. Küveytin hava hücumundan müdafiə sistemləri raketi ələ keçirib, lakin qalıqlar aviabazanın ərazisinə düşüb. Bir neçə ABŞ hərbçisi və podratçısı yüngül xəsarət alıblar.

Həmçinin hər birinin dəyəri təqribən 30 milyon dollar olan iki “MQ-9 Reaper” zərbə pilotsuz uçuş aparatı zədələnib, biri isə məhv edilib. Zərbə Vaşinqtonda apreldən qüvvədə olan atəşkəs rejiminin uzadılması ehtimalının müzakirə olunduğu fonda baş verib.

“Fateh-110” təxminən 500 kiloqramlıq döyüş başlığı daşıya bilən İranın qısamənzilli ballistik raketidir.

Chosen
23
editor.az

1Sources