EN

Tokayevdən ABŞ və İrana təklif - İranın uran ehtiyatı Qazaxıstana daşına bilər...



Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Qrossi, ABŞ və İran razılığa gələrsə, tərəflər arasındakı danışıqlarda əsas mübahisəli mövzu olan İranın zənginləşdirilmiş uran ehtiyatlarının Qazaxıstana daşına biləcəyini deyib. Onun sözlərinə görə, bu təklif Qazaxıstan prezidenti Tokayevdən gəlib.

Qrossi bildirib ki, Vaşinqtonun tərəflər arasında hərtərəfli razılaşmaya nail olmaq üçün məhv edilməsini tələb etdiyi materiallar Qazaxıstanda saxlanıla bilər.

Qrossi bildirib ki, Vaşinqton və Tehran arasında razılıq əldə olunarsa, Qazaxıstan İranın silahlanmaya yaxın zənginləşdirilmiş uran ehtiyatını saxlamağa hazırdır. MAQATE direktoru bildirib ki, bu təklif ona bu həftə Astanada keçirilən görüş zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən çatdırılıb.

Qrossi uranın Qazaxıstanda təhlükəsiz şəkildə saxlanıla biləcəyini deyib: "Bizim onun (İranın zənginləşdirilmiş uranın) təhlükəsiz şəkildə saxlanıla biləcəyi bir yerimiz var".

MAQATE direktoru, bu təklifin həm İran, həm də ABŞ tərəfindən qəbul edilə biləcəyinə inandığını deyib.

Qazaxıstan MAQATE-yə üzv ölkələrindəki elektrik stansiyaları üçün yanacaq təchizatını zəmanət altına almaq və nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədilə beynəlxalq nəzarət altında olan az zənginləşdirilmiş uran bankına ev sahibliyi etməsi ilə tanınır. Bu müəssisə 2017-ci ildə MAQATE ilə əməkdaşlıq çərçivəsində açılıb.

İranın nüvə ehtiyatının gələcəyinin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasından sonra baş tutması gözlənilən nüvə danışıqları ilə müəyyən ediləcəyi gözlənilir.

Tahir TAĞIYEV

Chosen
31
baki-xeber.com

1Sources