EN

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölgə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.

Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ilin yanvar ayından “Şamaxı”da çıxış edirdi.

Chosen
25
6
azertag.az

10Sources