Əfqanıstanın şərqində baş verən ağır yol qəzası nəticəsində 18 nəfər həyatını itirib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Lağman vilayəti ərazisində qeydə alınıb.
Yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, ailələri daşıyan yük maşını aşıb. Nəticədə 10-u uşaq olmaqla, 18 nəfər ölüb, daha 29 nəfər isə yaralanıb.
Məlumata görə, avtomobildə əvvəllər Pakistanda yaşamış və ölkələrinə qayıdan əfqan ailələri olub. Həlak olanlar arasında 10 uşaq, 5 qadın və 3 kişi var.
Vilayət qubernatorunun sözçüsü bildirib ki, Əfqanıstanda bu cür qəzalar tez-tez baş verir. Buna səbəb kimi uzun illər davam edən münaqişələrdən sonra yolların yararsız vəziyyətə düşməsi, təhlükəli sürücülük və nəzarətin zəif olması göstərilir.
Həmidə İbrahimova