EN

Bu ölkədə gənclər istehza üçün Tarakan Partiyası qurdu , iqtidarı geridə qoydu

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistanda Ali Məhkəmə hakiminin gənclərə söylədiyi fikirlər ölkə daxilində qarşısıalınmaz gənclər hərəkatına səbəb olub.

Ölkə.Az "Washington Post"a istinadla xəbər verir ki, hadisə bu il mayın 15-də baş tutan məhkəmə iclası zamanı yaşanıb.

Hindistan Ali Məhkəməsinin hakimi Surya Kant iş tapa və uğur qazana bilməyən bəzi gəncləri nəzərdə tutaraq “tarakan kimi” ifadəsini işlədib.

Bu təhqiramiz bənzətmə tez bir zamanda "X", instaqram və vatsap qrupları vasitəsilə yayılıb. İqtisadi sıxıntı, işsizlik və gələcək narahatlığı ilə mübarizə aparan milyonlarla gənc insan ləyaqətinə xələl gətirən ifadəyə sərt reaksiya verib.

ABŞ-nin Boston Universitetinin məzunu Abhijeet Dipke adlı 30 yaşlı kişi instaqramda “Tarakan Janta Party” (Tarakan Xaıq Partiyası) adlı profil yaradıb. Baş nazir Narendra Modinin hakim Bharatiya Janata Partiyasına (BJP) ironik bir istinad olan bu hesab əvvəlcə internet yumoru kimi görünsə də, tez bir zamanda kütləvi hərəkata çevrilib.

Özlərini “faydasız tarakan” kimi tanıdan milyonlarla gəncin iştirakı ilə tarakan fiquru alçaldılma obyekti olmaqdan çıxıb və zülmə və sistemin tənqidinə qarşı müqavimətin ortaq simvoluna çevrilib.

Hərəkatın “Dünyəvi, sosialist, demokratik, tənbəl” şüarı oynaq tonunun altında dərin sosial problemləri gizlədir.

Bu platforma vasitəsilə gənclər yüksək ərzaq inflyasiyası, işsizlik, təhsil və imtahanlardakı qalmaqallar, korrupsiya iddiaları, iqtisadi çətinliklərlə bağlı narahatlıqlarını dilə gətirməyə başlayıblar. Ənənəvi siyasət tərəfindən səslərinə məhəl qoyulmadığını hiss edən insanların artması ilə hərəkatın instaqram hesabı 29 May tarixinə qədər 22 milyon izləyicini ötüb. Bu rəqəm hətta hakim BJP partiyasının rəsmi sosial media izləyicilərinin sayını üstələyib.

Hərəkatın geniş əhatə dairəsi Hindistan hökumətinin hərəkətə keçməsinə səbəb olub. Tarakan Partiyasının "X" platformasındakı hesabı Hindistan daxilində bloklanıb.

Hərəkatın lideri Dipke bu müddət ərzində şəxsi sosial media hesablarına girişi itirdiyini və ölüm təhdidləri aldığını bildirib. Lakin hökumətin bu təzyiqləri hərəkatı zəiflətmək əvəzinə, gənclərin motivasiyasını və ictimai görünürlüyünü daha da artırıb.Billurə

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
3
olke.az

4Sources