Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Xİn-in məlumatında deyilir.
"Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P. Kopırkin Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa zərər verən Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb", - nazirliyin məlumatında deyilir.
Mürtəza