Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Sosial şəbəkələrdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin Hövsan qəsəbəsində yerləşən 118 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbul zamanı qazi Vətən Cəfərliyə dediyi sözlər geniş narazılığa səbəb olub.
Belə ki, Adil Əliyevin kömək istəyən qaziyə “çay dəmlə, iç, sonra da gözünün üstünə qoy” deməsi ona qarşı sərt ittihamlara səbəb olub.
Gununsesi.info xəbər verir ki, Adil Əliyev sosial şəbəkə hesabında həmin görüntülərlə bağlı açıqlama yayıb:
“Son günlər bəzi əxlaq və tərbiyə anlayışından uzaq, qərəzli şəxslər tərəfindən haqqımda yalanlar, böhtanlar və təhqirlər səsləndirilir. İnsan öz sözləri, davranışları və əməlləri ilə tanınır. Təhqiri, böhtanı və qarayaxmanı fəaliyyət üsuluna çevirənlər əslində öz mahiyyətlərini və səviyyələrini ortaya qoyurlar.
Mən isə hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşmış, ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam.
Yalan və böhtan həqiqəti dəyişdirə bilməz. Mən kiməsə təhqirlə cavab verməyi özümə yaraşdırmıram və özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm. Mənim cavabım gördüyüm işlər, tutduğum prinsipial mövqe və dövlətimə olan sarsılmaz sədaqətimdir“.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.