EN

CHP nin qərargahında dava: Kılıçdaroğlu və tərəfdarları...

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu təxminən 2,5 ildən sonra ilk dəfə partiyanın qərargahına gəlib.

 “Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, onun partiya üzvləri ilə bayramlaşacağı tədbirdən əvvəl qısa gərginlik yaşanıb.

Belə ki, Kılıçdaroğlunun çıxış edəcəyi ərazidə təhlükəsizlik əməkdaşları ilə bəzi partiya üzvləri arasında mübahisə yaranıb.

Nəticədə qarşıdurma qısa müddətdə aradan qaldırılıb və proqram planlaşdırıldığı kimi davam edib.

CHP bu gün Qurban bayramı münasibətilə iki ayrı tədbir keçirib. Partiyanın qərargahında Kamal Kılıçdaroğlu üzvlərlə görüşüb, Ankara Vilayət Təşkilatında isə CHP-nin qrup sədri Özgür Özəl partiya üzvlərini qəbul edib.

Qərargaha şəxsi avtomobili ilə gələn Kılıçdaroğlu tərəfdarları tərəfindən alqışlarla və qərənfillərlə qarşılanıb. 

Qeyd edək ki, tədbirdən sonra onun günün axşam saatlarında açıqlama verməsi gözlənilir.

CHP-də son dövrlərdə yaşanan hadisələr fonunda Kılıçdaroğlunun verəcəyi mesajlar diqqətlə izlənilir.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
cebheinfo.az

2Sources