Yağış və güclü küləyin fəsadları aradan qaldırılır - Video
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ölkə ərazisində qeydə alınan qeyri-sabit hava ilə bağlı yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilib.Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib. Bildirilib ki, güclü külək nəticəsində avtomobil yollarına və fərdi yaşayış evlərinin üzərinə aşmış ağacların götürülərək kənarlaşdırılması, su basmış yerlərdən suyun çəkilməsi və digər təhlükəsizlik tədbirləri həyata keçirilir.