EN

İmici dəyişməyin tam vaxtı: İyunun ən uğurlu gözəllik günləri açıqlandı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Astroloqlar 2026-cı ilin iyun ayı üçün kosmetoloji və estetik prosedurların ən uğurlu tarixlərini açıqlayıblar.Demokrat.az xəbər verir ki, iyun ayında xarici görünüşdə ediləcək dəyişikliklər, saç kəsimi və qulluq prosedurları birbaşa Veneranın mövqeyi və Ayın fazalarından asılı olacaq. Mütəxəssislər ayın gedişatını iki fərqli mərhələyə bölürlər:1–13 iyun (Bərpa və təmizlənmə dövrü): Ayın ilk yarısı azalan Ayın təsiri altında keçəcək. Bu ərəfədə radikal dəyişikliklərdən və impulsiv qərarlardan qaçmaq lazımdır. Dövr dərinin təmizlənməsi, pilinq, masaj və orqanizmin yaz yorğunluğundan azad olması üçün idealdır.13–30 iyun (Yenilənmə və cəsarətli addımlar): İyunun 13-dən sonra Venera Şir bürcünə daxil olacaq. Bu isə imici yeniləmək, fərqli üslublar sınamaq, saç boyamaq və diqqətçəkən makiyaj etmək üçün ilin ən uğurlu dövrüdür.İyun ayı üçün bəzi vacib gözəllik prosedurlarının təqvimi:Manikür və pedikür: 2, 5, 12, 19, 26 iyun

Dərinin təmizlənməsi və skrablar: 1, 4–6, 9–14, 30 iyun

Qidalandırıcı və sakitləşdirici üz maskaları: 15–29 iyun

Epilyasiya və depilyasiya: 7, 8 iyun

Kirpik və qaşların boyanması: 19–21 iyun

Qocalma əleyhinə (anti-age) qeyri-cərrahi prosedurlar: 16, 19–22, 24–28 iyunAstroloqlar həmçinin xəbərdar edir ki, iyunun 14, 15, 17, 18, 29 və 30-u mürəkkəb kosmetoloji müdaxilələr üçün əlverişsiz günlərdir. 12, 13, 16, 18, 19, 26, 29 və 30 iyun tarixlərində isə kiçik zədələnmə və travma riski yüksək olduğu üçün diqqətli olmaq tövsiyə edilir. Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
demokrat.az

2Sources