ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Amerikalı psixoloq Mark Trevers münasibətlərdə həqiqətən bir-birini sevən cütlüklərə xas olan kifayət qədər qəribə ritualları açıqlayıb.Demokrat.az-ın məlumatına görə, o, “Forbes” üçün yazdığı məqaləsində izah edib ki, hər münasibət unikal qalır və buna görə də tədqiqatçılar getdikcə cütlüklərin yalnız özlərinə məxsus yaratdığı qeyri-adi vərdişlərə və kiçik rituallara daha çox diqqət yetirirlər.Məşhur 1997-ci il araşdırmasına – Kerol Brüss və Cudi Pirsonun işinə istinadla psixoloq cütlüklərdə emosional yaxınlığı illərlə qorumağa kömək edən ümumi “rituallar” kateqoriyalarını sadalayıb:“Sevimli şeylər” rituallarıBu, cütlüklərin birlikdə təkrar-təkrar qayıtdığı yerlər, yeməklər, hədiyyələr, fəaliyyətlər və ya vərdişləri əhatə edir. Psixoloqların fikrincə, belə rituallar insana tərəfdaşının onu həqiqətən anladığını, detallara diqqət yetirdiyini və qayğı göstərdiyini hiss etdirir.Cütlüyün “şəxsi” rituallarıBu kateqoriyaya yalnız iki nəfərin başa düşdüyü xüsusi sözlər, ifadələr, jestlər və ya zarafatlar daxildir. Bunlar gülməli ləqəblər, qəribə ifadələr, uydurma siqnallar və ya sevimli filmlərdən götürülən sitatlar ola bilər. Kənardan mənasız görünsə də, münasibət daxilində xüsusi bir “öz dünya” yaradır.Oyun rituallarıAraşdırmalara görə, xoşbəxt cütlüklər tez-tez birlikdə zarafat etmək, bir-birini ələ salmaq və mənasız, amma əyləncəli hərəkətlər etmək vərdişini qoruyur.Bayram və qeyd etmə rituallarıBu qrupa ildönümləri, bayramlar, mühüm hadisələr və cütlüyün uğurları ilə bağlı xüsusi ənənələr daxildir. Psixoloqların fikrincə, bu cür rituallar sevgini adi və təbii qəbul etməməyə kömək edir, münasibətin necə başladığını və tərəflərin bir-birini niyə seçdiyini xatırladır.“Bu vərdişlərin əsas xüsusiyyəti onların bir az qəribə görünməsidir. Onları nə hazır qaydalarla öyrənmək, nə də ekspert məsləhətləri ilə tam şəkildə yaratmaq mümkündür. Onlar iki insan uzun müddət birlikdə həyat qurduqca təbii şəkildə formalaşır və özlərinə məxsus sevgi dili yaradır”, deyə Trevers qeyd edib.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.