EN

ABŞ İranda hərbi əməliyyata yenidən başlamağa hazırdır

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır.

Reuters xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset Sinqapurda keçirilən Şanqri-La Dialoqunda bildirib.

Onun sözlərinə görə, Vaşinqton zərurət yaranacağı təqdirdə hücumları bərpa etmək imkanına malikdir.

“Lazım gələrsə, əməliyyatları yenidən başlatmaq qabiliyyətimiz var. Bunun üçün həm regionda, həm də dünyanın digər yerlərində kifayət qədər hərbi ehtiyatlarımız mövcuddur”, – Heqset vurğulayıb.

Nazir qeyd edib ki, ABŞ İranla münaqişəyə baxmayaraq Asiya-Sakit okean regionundan uzaqlaşmayıb və eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərə bilir.

Onun sözlərinə görə, ABŞ müdafiə sənayesi gücləndirilir və yaxın vaxtlarda sursat istehsalının 2-4 dəfə artırılması planlaşdırılır.

Heqset əlavə edib ki, Prezident Donald Trump səbirli mövqe nümayiş etdirir və İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq razılaşma əldə etmək istəyir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
5
azpost.info

7Sources