"Bolonya"nın sağ cinah müdafiəçisi Emil Holm dünya çempionatında İsveç millisinə kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
​26 yaşlı futbolçu zədə aldığı üçün millinin heyətindən çıxarılıb. Onun əvəzinə yığmaya "Dallas"ın müdafiəçisi Herman Yohansson daxil edilib.
Qeyd edək ki, İsveç millisi DÇ-2026-da F qrupunda Niderland, Yaponiya və Tunis komandaları ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi