EN

Genişmiqyaslı əməliyyat: 8 milyard dollarlıq kriptovalyuta ələ keçirildi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) beynəlxalq miqyasda keçirilən irimiqyaslı əməliyyat nəticəsində rekord həcmdə – 127 min bitkoin (8 milyard dollardan çox dəyərində) ələ keçirib.

Publika.az "Fox News"a istinadla xəbər verir ki, əməliyyat fırıldaqçılıq mərkəzləri və mütəşəkkil cinayətkar dəstələrə qarşı yönəlib.

Bu nəhəng müsadirə Kambocanın "Prince Holding Group" şirkətinin rəhbəri Çen Jinin həbsi ilə bağlıdır. Ona qarşı fırıldaqçılıq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

FTB-nin məlumatına görə, Asiya, Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən cinayətkar şəbəkələr əsasən ABŞ vətəndaşlarını hədəf alıb. Onların arasında ABŞ hakimiyyəti tərəfindən transmilli cinayətkar təşkilat kimi tanınan "Democratic Karen Benevolent Army" qruplaşması da var.

Chosen
5
4
publika.az

5Sources