EN

İran onlara xəbərdarlıq etdi: “Əgər icazə almasanız…”

İran Hörmüz boğazında gəmiçiliklə bağlı xəbərdarlıq edib.

KONKRET.az-ın Globalinfo.az-a istinadən xəbərinə görə, İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı bəyan edib ki, Hörmüz boğazından keçən bütün ticarət gəmiləri və neft tankerləri yalnız müəyyən edilən marşrutlardan istifadə etməli və SEPAH-ın Hərbi Dəniz Qüvvələrindən icazə almalıdır.

Açıqlamada bildirilib ki, bu qaydaların pozulması gəmilərin təhlükəsiz keçidini ciddi təhlükə altına sala bilər.

İran tərəfi həmçinin xəbərdarlıq edib ki, Hörmüz boğazında gəmiçiliyin idarə olunmasına müdaxilə edən və ya dəniz nəqliyyatını pozmağa çalışan hərbi gəmilərə qarşı ölkənin silahlı qüvvələri tərəfindən tədbirlər görüləcək.

Chosen
35
konkret.az

1Sources