EN

Səhvən əmisi oğlunu öldürdü

Türkiyədə gənc oğlan səhvən əmisi oğlunu öldürüb.

Hadisə Karabük şəhərinin Safranbolu  Akkışla kəndində baş verib.

Məlumata görə, 26 yaşlı Y.D. ov tüfəngini boşaltmağa çalışarkən silah qəfil atəş açıb və onun yanında olan əmisi oğlu 23 yaşlı Adəm Dəmirəli baş nahiyəsindən vurub.

Ağır yaralanan Adəm Dəmirəl hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının ilkin müdaxiləsindən sonra xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədə istifadə olunduğu ehtimal edilən iki ov tüfəngi müsadirə olunub. Y.D. isə saxlanılıb.//Lent.az

Chosen
4
5
musavat.com

6Sources