EN

Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır

Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır.

Aznews.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbulda çıxışında deyib.

Tədbirdə Britaniya tərəfindən yüksək səviyyəli rəsmi qonaq qismində çıxış edən Lord Koaker ölkələrimiz arasında mövcud tərəfdaşlığın artan potensialından danışıb: "Fəxr edirəm ki təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcəkdir. Bu prioritetlər iki ölkə arasında artan yüksək səviyyəli səfərlərdə müzakirə edilir".

Britaniyalı nazir bildirib ki getdikcə daha da qeyri-müəyyən və təhlükəli hal alan dünyada dost və tərəfdaş ölkələrin varlğı heç zaman olmadığı qədər önəmlidir.

O, Azərbaycanın tarix boyu və xüsusən son illər nəzərəçarpan nailiyyətlər əldə etməsinə toxunub, Britaniyanın Azərbaycan Prezidenti İlham Əliyevin regionda dayanıqlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi davamlı səyləri alqışladığını və dəyərləndirdiyini bildirib.

Chosen
6
17
aznews.az

10Sources