EN

"Hizbullah"ın artilleriya qərargahı məhv edildi

srailin Müdafiə Ordusu Livanda radikal "Hizbullah" qruplaşmasının artilleriya qərargahını məhv edib.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Şmaeli rayonunda "Hizbullah" təşkilatının artilleriya qərargahına hücum edərək onu məhv edib. Hücumdan sonra binanın daxilində silahların olduğunu göstərən təkrar partlayışlar qeydə alınıb. Zərbə rayonda terrorçu qruplaşmaların olması barədə məlumat daxil olduqdan sonra endirilib", - məlumatda qeyd olunur.

Bu gün İsrail Ordusu həmçinin Livandan İsrail istiqamətinə raketlərin atıldığını, onlardan bəzilərinin zərərsizləşdirildiyini, digərlərinin isə heç bir ziyan vurmadan boş ərazilərə düşdüyünü bildirib.

Chosen
40
9
publika.az

9Sources