EN

AYNA-dan müzakirələrə səbəb olan görüntülərlə bağlı AÇIQLAMA

Bakıda Nəcəfqulu Rəfiyev küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xətlənmənin düzgün edilməməsi ilə bağlı yayılan görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər AYNA-nı tənqid edərək şəhərin bəzi küçələrində də qarışıq xətlənmənin aparıldığını qeyd ediblər.

Ucnoqta.az xəbər verir ki, AYNA-dan verilən açıqlamaya görə, Nəcəfqulu Rəfiyev küçəsi və Xocalı prospektinin kəsişməsində əvvəllər iki zolaq mövcud idi:
"Hər iki istiqamət üzrə zolaqların enini standartlara uyğunlaşdırmaqla sayı 2-dən 3-ə çatdırılıb və avtomobillərin intensivliyinə uyğun zolaqların istiqamətləri müəyyən edilib. Bu həll sözügedən küçədə sıxlığı azaltmağa kömək edib.
Videoda da göründüyü kimi, ərazidə “zolaqlar üzrə hərəkət” yol nişanı quraşdırılıb".

Chosen
19
1
ucnoqta.az

8Sources