EN

Türkiyə dəniz qeyri-adi bir rəngə boyandı

Türkiyənin Giresun vilayətində yağan güclü yağışlardan sonra Qara dənizin suları qəhvəyi rəngə boyanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli "Habertürk" telekanalı məlumat yayıb.

Kanalın saytında dron vasitəsilə havadan çəkilmiş görüntülər yayımlanıb. Məlumata görə, güclü yağış nəticəsində yuyulan lil və torpaq qatı Aksu və Batlama çayları vasitəsilə dənizə axaraq suyun rənginin bulanıqlaşmasına səbəb olub.

"Habertürk" qeyd edir ki, ərazinin relyefi və torpaq quruluşuna görə, şiddətli yağışlardan sonra dənizdə belə dəyişikliklərin baş verməsi Giresun üçün adi haldır.

Chosen
85
4
publika.az

5Sources