Yarım saata tÉ™zyiqi normallaÅŸdıran içki — ÜST tÉ™sdiqlÉ™di
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1,4 milyard insan yüksək qan təzyiqindən əziyyət çəkir. Heç bir əlamət büruzə vermədən böyrək çatışmazlığı, infarkt və insult riskini artıran bu xəstəliyə qarşı alimlər təbii və effektiv üsul aşkar ediblər.
Aparılan 7 fərqli klinik araşdırma çuğundur şirəsinin təzyiqi saniyələr içində aşağı saldığını təsdiqləyib.
Çuğundur şirəsi qəbul edildikdən cəmi 30 dəqiqə sonra qan təzyiqini nəzərəçarpacaq dərəcədə azaldır. Bu möcüzəvi içkinin sirri tərkibindəki təbii nitratlardadır. Bədən bu maddəni azot oksidə çevirərək damarların genişlənməsini və qan dövranının rahatlaşmasını təmin edir. Dietoloqlar bildirirlər ki, çuğundurdakı yüksək kalium həm də orqanizmdəki artıq duzu kənarlaşdıraraq damar daxili təzyiqi tarazlayır.
Çuğundur şirəsinin dadını bəyənməyənlər üçün həkimlər alternativ vasitələr də təklif edirlər. Sarımsaq, tünd şokolad, banan, avokado və yaşıl yarpaqlı tərəvəzlər də damar sağlamlığını qoruyan güclü qidalar sırasındadır. Gündə bir stəkan çuğundur şirəsi içmək damarları anında rahatladaraq ürək sağlamlığı üçün qoruyucu qalxan yaradır.
İsmayıl
Demokrat.az