EN

Parisdə PSJ-nin azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında gərginlik yaşanıb

Bakı, 31 may, AZƏRTAC

Minlərlə Paris Sen-Jermen (PSJ) azarkeşi futbol klubunun Çempionlar Liqasındakı qələbəsini qeyd etmək üçün Fransanın paytaxtındakı Şanzelize meydanına axışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Bildirilib ki, azarkeşlər məşəl yandırıb və klubun bayraqlarını dalğalandırıblar. Bəzi azarkeşlər isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına butulkalar və daşlar atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları buna cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər. Bəzi məlumatlara görə, saxlanılanlar var.

Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib.

Həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gəlib. PSJ Çempionlar Liqasının qalibi olub.

Chosen
59
6
azertag.az

10Sources