EN

MAQATE rəhbəri Zaporojye AES-dəki insidentdən narahatdır

BAKI, 31 may. TELEQRAF

MAQATE-nin baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının maşın zalına edilən hücumla bağlı ciddi narahatlığını ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə MAQATE-nin "X" sosial şəbəkəsində yayılan bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, Rafael Qrossi baş verən insidentlə bağlı ciddi narahatlıq keçirir. Onun sözlərinə görə, nüvə obyektlərinə zərbə endirilməsi son dərəcə təhlükəli addımdır.

"Qrossi bəyan edilən insidentlə bağlı ciddi narahatlığını ifadə edir. Baş direktorun dediyi kimi, nüvə obyektlərinə hücum etmək odla oynamaq kimidir", - deyə təşkilatın açıqlamasında vurğulanıb.

Chosen
31
teleqraf.com

1Sources