EN

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

Bakı, 31 may, AZƏRTAC

Rəsmi Tehran münaqişəyə son qoymaq üçün danışıqlar zamanı nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb.

AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə deyib.

“Saziş layihəsində indi İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi qeyd olunur. Bu, böyük fərqdir”, - deyə o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, potensial razılaşma, həmçinin imzalanmadan dərhal sonra Hörmüz boğazının açıla biləcəyini nəzərdə tutur.

 

Chosen
53
3
azertag.az

10Sources