EN

"Artsaxın sarayı" Azərbaycana veriləcək

Məhv olmuş qondarma Artsax rejiminin İrəvandakı nümayəndəliyinin binası ətrafında yeni mübahisə yaranıb.

Ermənistanda “Güclü Ermənistan” blokunun seçki siyahısına rəhbərlik edən Narek Karapetyan hakimiyyətin sözügedən binanı təsadüfən dövlət nəzarətinə götürmədiyini iddia edib.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən İrəvan Azərbaycan Dövlət Dram Teatrına son illərdə xüsusi diqqət ayrılıb, teatrın yeni korpusu tikilərək istifadəyə verilib.

Karapetyan iddia edib ki, Azərbaycan tərəfi İrəvandakı keçmiş nümayəndəliyin binasına maraq göstərir və rəsmi İrəvanın addımları da bununla əlaqəli ola bilər.

Sözügedən bina tarixən Azərbaycan mədəni irsi ilə də bağlıdır. Belə ki, sovet dövründə burada Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fəaliyyət göstərib.

Chosen
30
sportinfo.az

1Sources