EN

İran: ABŞ-nin pilotsuz uçuş aparatı vurulub

Bakı, 31 may, AZƏRTAC

Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarına məxsus MQ-1 Predator pilotsuz uçuş aparatının (PUA) İranın ərazi suları üzərində vurulduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı açıqlamada hadisənin bu gün səhər baş veridyi qeyd olunub.

Açıqlamada istənilən təcavüzə qəti cavab veriləcəyi barədə xəbərdarlıq da edilib.

Chosen
32
7
azertag.az

8Sources