EN

Tramp: Razılığa gəlməsək, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa edəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər razılığa gələ bilməsələr, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

Adalet.az-ın məlumatına görə, Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, ya əla razılaşma əldə edəcəyik, ya da bu hərbi yolu bitirəcəyik", - Tramp deyib.

Onun sözlərinə görə, danışıqlar tədricən gedir və ABŞ diplomatik yollarla lazımi nəticələrə nail olmağı gözləyir.

"Düşünürəm, yavaş-yavaş, amma şübhəsiz ki, lazım olanı əldə edirik. Əgər əldə etməsək, buna başqa cür son qoyacağıq", - Ağ Ev rəhbəri qeyd edib.

Eyni zamanda, Tramp Tehranla razılaşma əldə etməyə üstünlük verdiyini vurğulayıb. "Mən sazişə üstünlük verərdim", - ABŞ Prezidenti əlavə edib.

Chosen
19
5
adalet.az

6Sources