EN

Gəncə yolunda F10 aşdı — 3 yaralı var

Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə rayonun Quşqara kəndi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı avtomobil qəfildən idarəetmədən çıxaraq bir neçə dəfə aşıb və yolun əks istiqamətinə keçib. Qəza zamanı sürücü, 26 yaşlı Məhərrəm Bəyalıyev və sərnişinlər – 21 yaşlı Aişə Abdullazadə ilə bərabər daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Gəncədəki xəstəxanalardan birinə çatdırılıblar. Hazırda onlara lazımi tibbi yardım göstərilir, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

Demokrat.az
Chosen
53
1
demokrat.az

2Sources