EN

NATO rəsmisi Hörmüz boğazı ilə bağlı koordinasiyanın detallarını açıqladı

BAKI, 31 may. TELEQRAF

“Şimali Atlantika Alyansı hazırda Hörmüz boğazı ilə bağlı problemlərin həllinə birbaşa cəlb olunmayıb, lakin NATO üzvləri öz qüvvələrini bu bölgəyə yaxın ərazilərə köçürürlər və lazımi şərait yaranacağı təqdirdə prosesə müdaxilə etməyə hazırdırlar”.

Teleqraf xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Dragone Sinqapurda keçirilən beynəlxalq "Şanqri-La Dialoqu" təhlükəsizlik forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Admiral rəsmi alyansın deyil, ayrı-ayrı üzv dövlətlərin aktivliyini önə çıxarıb:

"NATO hazırda birbaşa rol oynamır, lakin alyansın üzvləri fərdi şəkildə bu rolu yerinə yetirirlər. Onlar hərbi qüvvələrini həmin bölgəyə daha yaxın mövqelərə yerləşdirirlər. Buna görə də lazımi şərtlər formalaşan kimi, hesab edirəm ki, onlar üzərilərinə düşəni edə biləcəklər".

Cüzeppe Kavo Dragone bu kontekstdə blokun deyil, "istəklilər koalisiyası"nın fəaliyyət göstərəcəyinə işarə vurub: "Bizim alyans üzvlərindən və eyni düşüncəyə malik tərəfdaş ölkələrdən ibarət "istəklilər koalisiyamız" var. Onlar müvafiq şərait yaranacağı təqdirdə vəziyyətə müdaxilə etmək üçün hazırlıq görürlər".

Chosen
26
3
teleqraf.com

4Sources