EN

Goranboyda iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Azreform.info APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində iki VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıblar, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qəza yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Chosen
9
14
azreform.info

10Sources