EN

Goranboyda ağır qəza oldu

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində iki VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıblar, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Chosen
8
14
publika.az

10Sources