EN

Slotun qovulması onu və futbolçuları şoka salıb

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Slotun qovulması onu və futbolçuları şoka salıb

“Liverpul” rəhbərliyinin baş məşqçi Arne Slotu istefaya göndərməsi klub daxilində də təəccüblə qarşılanıb.

QOL.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, niderlandlı mütəxəssis işdən çıxarıldığını rəsmi açıqlamadan qısa müddət əvvəl öyrənib. Komandanın futbolçularının da bu qərardan şoka düşdüyü bildirilir.

Xəbərdə qeyd olunur ki, Slot baş verənlərdən təəccüblənib. Çünki o, son vaxta qədər rəhbərliyin dəstəyini hiss etdiyini düşünürdü. Hazırda 47 yaşlı məşqçi dərhal yeni iş axtarmağı planlaşdırmır, lakin gələcəkdə maraqlı təklifləri dəyərləndirməyə hazırdır.

Arne Slot 2024-cü ilin iyununda “Liverpul”un baş məşqçisi təyin olunmuşdu. Slot ilk mövsümündə “Liverpul”u İngiltərə Premyer Liqasının çempionu edib. Komanda 2025/2026 mövsümünü isə 5-ci pillədə başa vuraraq Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
qol.az

2Sources