EN

ABŞ səmasında meteorit partlayışı baş verib

Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarının (ABŞ) səmasında meteorit partlayışı baş verib.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) məlumat yayıb. Bildirilib ki, alov topu saatda təxminən 120,700 kilometr sürətlə hərəkət edib və Massaçusetsi ştatının şimal-şərqi ilə Nyu-Hempşirin cənub-şərqi üzərində 64,3 kilometr yüksəklikdə parçalanıb. Bu zaman yayılan enerjinin təxminən 300 ton trotil gücünə bərabər olduğu təxmin edilir.

NASA-nın məlumatına görə, Yer atmosferinə daxil olan obyekt təbii mənşəlidir.

Chosen
20
5
hafta.az

6Sources