EN

Jerusalem Post: ABŞ İranla danışıqları dayandırmalı və hərbi variantı seçməlidir



Jerusalem Post qəzetində dərc olunan təhlildə İranın ABŞ ilə danışıqlarda "gecikdirmə taktikası" tətbiq etdiyi iddia olunaraq, Vaşinqtonun diplomatik səylərlə istədiyi nəticəni əldə edə bilməyəcəyi bildirilib. Məqalədə qeyd olunur ki, İran rəsmiləri danışıqlarda müəyyən irəliləyiş siqnalları versələr də, yekun öhdəliklər götürməkdən yayınırlar. Təhlil müəllifinin fikrincə, bu yanaşma danışıqlar prosesini uzatmağa xidmət edir. Qəzet yazır ki, ABŞ-ın "ədalətli sövdələşmə" və qarşılıqlı anlaşma məntiqinə əsaslanan yanaşması İranla münasibətlərdə effektiv nəticə vermir. Təhlildə iddia olunur ki, Vaşinqton "yanlış güzəştlər və kompromislərlə davranmayan" bir tərəflə üz-üzədir və buna görə də ABŞ administrasiyası diplomatik danışıqlardan imtina etməli, daha sərt siyasət yürütməlidir. Məqalənin ən diqqətçəkən hissəsində isə ABŞ-yə müraciətlə "razılaşmanı dayandırınvə sadəcə hücum edin" ifadəsi yer alıb. İRADƏ
Chosen
52
baki-xeber.com

1Sources