EN

İkardi Qalatasaray rəhbərliyini bezdirdi!

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

''Qalatasaray''da qalıb-qalmayacağı mövzusu yavaş-yavaş ''sabun operası''na çevrilən Mauro İkardinin heç cür qərar verməməsi rəhbərliyin səbr kasasını daşırmağa başlayıb. İstanbul nəhəngi 33 yaşlı forvarda 5 milyon avro (bəzi mənbələrdə 4 milyon avro göstərilib) maaş olmaqla ''1+1'' illik müqavilə təklif edib. Rəhbərliklə futbolçunun meneceri Elio Pina arasındakı görüşün üzərindən artıq 10 gündən çox vaxt keçib. Amma menecerdən bir cavab gəlməyib. İkardi özü də Yaponiya tətilini yarımçıq kəsərək İstanbula dönüb. Amma hələ də rəhbərliklə görüşməyə tələsmir. Türkiyə mətbuatının yazdığına inansaq, argentinalı futbolçu məbləğdən, müqavilənin müddətindən və komandadakı rolundan narazıdı. Ona görə də daha sərfəli təklif alana qədər gözləmək qərarına gəlib. Artıq yeni müqavilənin imzalanmadığı hər ötən gün tərəfləri bir-birindən daha da uzaqlaşdırır. ''Qalatasaray'' təklifin şərtlərini yeniləməyəcək və qarşı tərəfdən cavab gözləyir. Bu arada iddialara inansaq, Okan Buruk İkardinin komandada qalıb-qalmamasından asılı olmayaraq rəhbərlikdən yeni bir hücumçu almağı tələb edib. Söhbət ehtiyatda qalmağı problem etməyən və yeri gəldikdə Osimheni əvəzləyə biləcək hücumçudan gedir. Əsas namizəd Bertuğ Yıldırımdı. Amma ''İstanbul BŞ''nin böyük pullar tələb etməsi danışıqları qəlizləşdirir. Belə görünür, İkardi qalsa belə üçüncü forvard statusuna düşəcək. Ona görə də onun ayrılmaq ehtimalı daha yüksək görünür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources