EN

Bu marşrutun bütün avtobusları yeniləndi

Ajans.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, iyunun 1-dən etibarən marşrut xəttinə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş yeni avtobuslar cəlb edilib. Məlumata görə, xətt üzrə 16 avtobus fəaliyyət göstərəcək və nəqliyyat vasitələri 7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Qeyd olunub ki, avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçirilir. Gedişhaqqı isə 60 qəpik təşkil edir.

Chosen
27
2
Ajans.az

4Sources