EN

Hüseynov yeni vəzifəyə getdi Nazirlikdə onu Ramin Qurban əvəzlədi + FOTO

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bu gün vəzifəsindən azad edilib. O, bu gündən Həmkarlar İttifaqı Konfederasiyasında mətbuat katibi kimi fəaliyyətə başlayıb.

"AzPolitika" xəbər verir ki Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsin isə Ramin Qurban təyin olunub.

Ramin Qurban əvvəllər AZƏRTAC-da redaktor işləyib.

Qeyd edək ki, Ramin Gülağa oğlu Qurban Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və Beynəlxalq jurnalistika ixtisası üzrə magistr təhsili alıb. 2004–2006-cı illərdə radio fəaliyyəti ilə məşğul olub. 2006–2021-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) “Xəbərlər” proqramında müxbir kimi rəsmi və siyasi xəbərləri işıqlandırıb, redaktor vəzifəsində çalışıb. Daha sonra fəaliyyətini Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) fəaliyyətinii davam etdirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
azpolitika.info

1Sources