“Araz-Naxçıvan” növbəti mövsümün planlamasını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlikdə əsas hədəf heyətin aparıcı üzvlərini qorumaqdır. Onlardan biri də Patrik Andradedir.
Rəhbərlik futbolçunun ayrılmasını istəmir. Oyunçu ötən yay Naxçıvan təmsilçisi ilə 1+1 müqavilə imzalayıb.
Rəhbərlik Andradenin sözləşməsindəki “+1” illik bəndi aktivləşdirmək istəyir.
Kabo-Verde milli komandasının üzvünün ölkəxaricindən də təklifləri var. Ancaq Naxçıvan təmsilçisi legionerini buraxmaq niyyətində deyil.
Qarşıdakı günlərdə futbolçunun növbəti mövsüm karyerasını hansı klubda davam etdirəcəyi bəlli olacaq.