EN

"Arsenal" transferlərə sərvət ayırdı

style='margin-bottom:10px;'>

"Arsenal" Çempionlar Liqasının finalındakı məğlubiyyətə 300 milyon funt sterlinq (345 milyon avro) transfer xərcləri ilə cavab vermək niyyətindədir.

QOL.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, "topçular"a artıq iki oyunçu almaq üçün 175 milyon funt sterlinq (200 milyon avro) ayrılıb. Klub "Aston Villa"dan yarımmüdafiəçi Morqan Rocers və "Bornmut"dan hücumçu Eli Krupini hədəfləyib.

"Arsenal" rəhbərliyinin müdafiə və yarımmüdafiə xəttində yeni oyunçuların alınması üçün əlavə 125 milyon funt sterlinq (145 milyon avro) ayıracağını vurğulayır. 

Qeyd edək ki, ötən gün London təmsilçisi Çempionlar Liqasının finalında PSJ-yə məğlub olub (1:1, penaltilər seriyası - 3:4).

Chosen
48
1
teleqraf.com

2Sources