EN

"Makedon" vəfat etdi

Azərbaycanın tanınmış aktyoru vəfat edib...

Poliqon manset.az-a istinadən xəbər verir ki, "Bizim Cəbiş müəllim" filmindəki məşhur "Makedon" obrazı ilə yaddaşlarda qalan aktyor Aqil Ağacanov vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Aqil Ağacanov həmçinin "Yuxu" filmində də rol alıb. Aktyor tamaşaçıların yaddaşında isə daha çox "Makedon" obrazı ilə iz buraxıb.

Poliqon.info

Chosen
51
29
poliqon.info

10Sources