EN

Sosial şəbəkələrdə "ideal həyat" paylaşımları yeniyetmələri tələyə salır 

Müasir dövrdə sosial şəbəkələr böyüklərlə yanaşı, uşaq və yeniyetmələrin də gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar bu platformalar vasitəsilə dostları ilə ünsiyyət qurur, məlumat əldə edir və asudə vaxtlarını keçirirlər. Ancaq sosial şəbəkələrin təqdim etdiyi imkanlarla bərabər, azyaşlılar üçün müxtəlif ciddi təhlükələr də mövcuddur. Bu təhlükələrin vaxtında müəyyən edilməsi və qarşısının alınmasında isə həm valideynlər, həm də cəmiyyət məsuliyyət daşıyırlar.


Manset.az xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, uşaqlar oyun zamanı tanımadıqları insanlarla ünsiyyət quraraq şəxsi məlumatlarını, fotoşəkillərini paylaşır və ya yaşadıqları yer barədə məlumat verirlər:

"Bu məlumatlar sonradan kibertəqib, şantaj, sosial mühəndislik hücumları və digər təhlükəli məqsədlər üçün istifadə oluna bilər".

Chosen
22
3
manset.az

6Sources