EN

Fransanın 15 şəhərində azarkeşlər iğtişaşlar törədib, 780 nəfər saxlanılıb

BAKI, 31 may. TELEQRAF

Fransanın PSJ klubunun Çempionlar Liqasındakı qələbəsindən sonra baş qaldıran iğtişaşlar zamanı xuliqanlar ölkənin 15 şəhərində mağazaları qarət ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes bildirib.

Nazirin sözlərinə görə, təxminən 15 şəhərdə ticarət obyektlərinə hücum halları qeydə alınıb.

“Hər şəhərdə bir və ya iki mağazaya hücum edilib. Polis talan hadisələrinin qarşısını operativ şəkildə alıb və hüquqpozanları saxlayıb”, – deyə o bildirib.

L.Nunyes əlavə edib ki, ölkə üzrə baş verən iğtişaşlar zamanı ümumilikdə 780 nəfər saxlanılıb. Hadisələr nəticəsində 1 nəfər həyatını itirib, 200-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Chosen
52
teleqraf.com

1Sources